Prezident Ukrayna hökuməti ilə imzalanmış Sazişi təsdiqlədi

  10 Aprel 2020    Oxunub : 2313
 Prezident Ukrayna hökuməti ilə imzalanmış Sazişi təsdiqlədi
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” Sazişi təsdiq edib.
Azvision.az -ın məlumatına görə, Saziş 2020-ci il yanvarın 31-də Kiyev şəhərində imzalanıb.

Qanuna əsasən, Azərbaycanın Ukraynadakı diplomatlarının ailə üzvləri ödənişli əmək fəaliyyəti ilə məşğul ola biləcək.

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident   Saziş