Bakı - Quba yolunda qəza: 1 ölü, 1 yaralı

Bakı - Quba yolunda qəza: 1 ölü, 1 yaralı
  02 Yanvar 2014    Oxunub:1315
Qəza mağistral yolun 124-cü kilometrliyində eyni istiqamətdə hərəkətdə olan avtomobillərn toqquşması nəticəsində baş verib.
Bakı - Quba yolunda insan ölümü ilə nəticələnmiş yol qəzası olub. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, qəza mağistral yolun 124-cü kilometrliyində eyni istiqamətdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində baş verib.

Belə ki, Şabran rayon sakini Subhan Orucovun idarə etdiyi "Mersedes" markalı avtomobil arxadan Nürəddin Quliyevin idarə etdiyi VAZ-2107 markalı maşını vurub. Qəzada VAZ 21-7-də olan sərnişin Vüsal Qurbanov dünyasını dəyişib. Sürücü Nürəddin Quliyev isə aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib.

Qəza yerində Dövlət Yol Polisi əməkdaşları araşdırmalara başlayıb. Müstəntiq Elşən Mürsəliyevin verdiyi məlumata görə, qəzanın dəqiq səbəbi araşdırmalardan sonra bilinəcək.


Teqlər:





Xəbər lenti