“Fast-food”lar təhlükə mənbəyidir

“Fast-food”lar təhlükə mənbəyidir
  03 Yanvar 2014    Oxunub:1255
“Rusiyanın uşaq əhalisində ildən-ilə köklük problemi dərinləşir”. AzVision.az xəbər verir ki, bunu Rusiya baş nazirinin köməkçisi, ölkənin sabiq baş sanitar həkimi Gennadi Onişşenko deyib.

“Səbəb “fast-food”lardır, yağlı qidalardır, çipsilər, kolalar, hipodinamiyadır (azhərəkətlilik). Ancaq səbəb ən əvvəl “fast-food”lardır”, - deyə o, “Exo Moskvı” radiostansiyasına bildirib.

G.Onişşenkoya görə, harda gəldi yemək yox, qidalanma rejiminə əməl eləmək lazımdır: “Uşaqlara isə daha çox zülal mənşəli məhsullar lazımdır, nəinki yağ tərkibli qidalar... Başa düşürəm ki, mədəni doldurmaq lazımdır. Ancaq gəlin onu ilboyu əlçatan olan bitki mənşəli qidalarla dolduraq”.

Musavat.com


Teqlər:





Xəbər lenti