Bu gecə respublika ərazisində bir neçə yanğın hadisəsi baş verib

Bu gecə respublika ərazisində bir neçə yanğın hadisəsi baş verib
  03 Yanvar 2014    Oxunub:1241
Bu gecə respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Xaçmaz rayonu, Qusarkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan taxta sexinin içərisinə yığılmış yonqar və taxta qırıntıları 4 kv.m sahədə yanıb. Sex yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170 kv. m. olan birmərtəbəli ,4 otaqlı evin zirzəmisinə yığılmış 40 kv.m sahədə taxta qırıntıları və zirzəminin tavanının yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Saatlı rayonu, Qaracalar kəndində (rayon mərkəzindən 6 km aralı) "Azenerjı" ASC-yə məxsus transformatorun sarğıları və yağı yanıb. Transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yevlax şəhərində vətəndaşa məxsus taxta konstruksiyadan ibarət, ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti