Sabah hava yağmursuz olacaq
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı vardır.
Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Arabir duman olacağı, bəzi yerlərdə zəif qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperatur gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcək.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz olacaq. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman, axşam isə şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Axşam isə şərq rayonlarında yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Arabir yağıntılı olacaq, səhər dağlarda duman ehtimalı vardır.
Temperatur gecə 0-5° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti təşkil edəcəkdir.
Teqlər: