5 ton duz oğurlayarkən yaxalandılar

5 ton duz oğurlayarkən yaxalandılar
  03 Yanvar 2014    Oxunub:1100
Zavoddan və mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb.
Naməlum şəxslər Abşeron rayonunun Masazır qəsəbəsindəki “Azərsun Holdinq” şirkətlər qrupuna məxsus duz zavodunun ərazisindən beş ton duzu “ZİL” markalı avtomobilə yükləyib oğurlamağa cəhd göstərib. Oğurluqda şübhəli bilinən qəsəbə sakinləri Bəylər Tahirov, Sübhan Salahov, Qüdrət Salahov və Elvin Salahov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və araşdırma aparılması üçün rayon polis şöbəsinə təhvil verilib.

Sumqayıt şəhərində isə İlkin Sadıqov, İlkin Bəşirov, Tural Qafarov, Hüseyn Ağayev və Nicat Ağayev oğurluq etdiklərinə görə şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onların Nuranə Məmmədovaya, Tehran İbrahimova, Tofiq Musayevə, Mənsurə Məmmədovaya, Fuad İsmayılova, Namiq Balakişiyevə, Xəyyam Hümbətəliyevə məxsus mağazalarından ümumilikdə 2692 manat pul, bir mobil telefon, tütün məmulatı, danışıq kartları, ərzaq məhsulları, habelə içərisində 800 manat pul, möhür və sənədlər olan seyfi oğurladıqları da müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, faktlarla bağlı cinayət işi açılılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti