Skleroz xəstələrinə pulsuz dərman verildi
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, dağınıq skleroz xəstələrinin elektron registri yaradılıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində bu xəstələrin müayinəsi təşkil edilmiş və bu ildən etibarən onların ilk dəfə yüksək keyfiyyətli dərman preparatları ilə pulsuz təmin olunmasına başlanılıb.
Bundan əlavə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Strategiya” layihələri hazırlanıb.
Uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən prioritet istiqamətlərdən olduğunu bir daha sübut edən “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu və dövlət proqramı qəbul edilib.
Səhiyyənin digər vacib sahələrindən olan onkoloji xəstəliklərə qarşı mübarizəyə dair 2014-2024-cü illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanaq hökumətə təqdim edilib.
Teqlər: