Məcburi köçkünlər üçün yeni qəsəbə inşa edilir
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, birinci mərhələdə 632 evdən ibarət olacaq qəsəbənin inşası üçün 70 hektar torpaq sahəsi ayrılmışdır. Qəsəbədə birotaqlı 50, ikiotaqlı 296, üçotaqlı 242, dördotaqlı 44 ev, həmçinin 440 şagird yerlik məktəb binası, 150 yerlik uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, həkim məntəqəsi, poçt binası, tutumu 1000 kubmetr olan iki su anbarı, kompleks transformator yarımstansiyası tikiləcəkdir. Ərazidə yaşıllaşdırma işləri də aparılacaq, böyük park salınacaq, qəsəbə bütün əlavə infrastrukturla təmin olunacaq.
Hazırda mənzillərdə və ictimai binalarda hörgü işləri görülür. Qəsəbənin tikintisi ilə 10 şirkət məşğul olur. Tikintidə əsasən yerli sakinlər və məcburi köçkünlər olmaqla 700-ə yaxın işçi, 40-dan çox texnika çalışır.
Qəsəbədə işlərin iyul ayında başa çatdırılması nəzərdə tutulur. Yeni qəsəbədəki mənzillərə rayonun “Dörd yol” ərazisində və yol kənarlarında məskunlaşan məcburi köçkünlər köçürüləcək.
Teqlər: