Hamam otağında dəm qazından zəhərləndi
Təcili yardımın köməyi ilə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılan Məhəbbət Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin həddindən ağır olduğunu bildirirlər.
Bölgə müxbirinin məlumatına görə, Məhəbbət Məmmədova iki uşaq anasıdır. O, əvvəllər Ağdaş rayonunda ərdə olub. Boşandıqdan sonra iki uşağı ilə atası evinə yerləşib. Hadisə də onun atası evində baş verib.
Teqlər: