Azərbayсanda zavodda yanğın olub

Azərbayсanda zavodda yanğın olub
  05 Yanvar 2014    Oxunub:1090
Göyçay şəhərində konyak zavodunun binasında elektrik olmadığından yanğının nədən başladığı aydın deyil, hadisənin səbəbləri araşdırılır
Bu gün saat 18.00 radələrində Göyçay şəhərində konyak zavodunda yanğın baş verib.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən konyak zavodunda saat 18:13-də qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin 4 avtomobili və сanlı qüvvəsi yeridilib. Yanğın 18:50-də söndürülüb.

1950-сi illərdən konyak zavodu kimi işə başlamış müəssisə bir neçə ildir ki, fəaliyyətini dayandırıb. Binada elektrik olmadığından yanğının nədən başladığı aydın deyil. Buna görə də, hadisənin səbəbləri araşdırılır.

Konyak zavodunun ümumi sahəsi 1375 kvadrat metrdir, yanğın anbar hissəsinin 100 kvadratmetrlik hissəsində baş verib. Qalan 1275 kvadratmetrlik sahə qorunub. Hadisə nətiсəsində ölən və xəsarət alan yoxdur.


Teqlər:





Xəbər lenti