“Bəzi regionlarımız koronavirusdan təmizlənib” - Nazir müavini

 “Bəzi regionlarımız koronavirusdan təmizlənib” -  Nazir müavini
  24 Aprel 2020    Oxunub:2687
“Bəzi regionlarımız artıq koronavirus xəstəliyindən təmizlənib. Xəstəlik halları olan rayonların 25 faizində virus ocaqları söndürülüb"

Azvision.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda hazırda virusa yoluxanların sayı sağalanların sayını 60 faiz üstələyir. “Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı davranış qaydaları olmalıdır. Əhali bilməlidir ki, özünü necə qorusun. Karantin rejiminin yumşaldılmasından sonra hansısa ərazidə yoluxma baş verərsə, bu karantin rejiminin pozulması nəticəsində ola bilər və yenidən karantin qaydaları sərtləşdirilə bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Koronavirus  





Xəbər lenti