Göyçayda toyda dava düşüb, 4 nəfər bıçaqlanıb

Göyçayda toyda dava düşüb, 4 nəfər bıçaqlanıb
  06 Yanvar 2014    Oxunub:1263
Göyçay rayonunda toy mərasimi dava ilə nəticələnib. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydövül kəndində qeydə alınıb.

Kənddə təşkil edilən toy mərasimində iştirak edən qonaqlar arasında baş verən kütləvi dava zamanı 1988-ci il təvəllüdlü Mustafayev Nüsrət Əfqan oğlu, 1989-cu il təvəllüdlü Yusifov Rusif Ramiz oğlu, 1993-cü il təvəllüdlü Yusifli Rüstəmxan Alxan oğlu və 1965-ci il təvəllüdlü Qorxmaz Sərxan oğlu Yusifov bıçaqlanıb, 1987-ci il təvəllüdlü Mustafayev Nəzarət Əfqan oğlu dəmir küt alətlə döyülüb.

Xəsarət alan 5 nəfər Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti