Yaxın üç gün mülayim hava müşahidə olunacaq

Yaxın üç gün mülayim hava müşahidə olunacaq
  06 Yanvar 2014    Oxunub:1088
Yaxın üç gün ərzində Azərbaycan ərazisində nisbətən mülayim hava şəraiti müşahidə olunacaq.
Yaxın üç gün ərzində Azərbaycan ərazisində nisbətən mülayim, sabit hava şəraiti müşahidə olunacaq.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava gün ərzində əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə olunacaq. Cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 0-4 dərəcə, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın əksər rayonlarında yanvarın 7-də hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında havanın yağıntılı olacağı proqnozlaşdırılıb. Səhər və axşam saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti qeydə alınacaq.


Teqlər:





Xəbər lenti