Şamaxıda dəhşət: 11 yaşlı qızın intiharı

Şamaxıda dəhşət: 11 yaşlı qızın intiharı
  06 Yanvar 2014    Oxunub:2077
AzVision.az xəbər verir ki, Yanvarın 5-də Şamaxı rayonunda azyaşlı qız özünü asıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Göylər kəndində 2002-ci il təvəllüdlü Səlimova Pərvanə Hafiz qızı özünü asıb. 11 yaşlı qız yaşadığı evin həyətindəki tövlədə intihar edib. Hadisə vaxtı tövlənin yaxınlığından keçən P. Səlimovanın anası onun səsini eşidib və tövləyə girdikdə qızını asılı vəziyyətdə görüb. Haray salan qadın qonşularının və ailə üzvlərinin köməkliyi ilə qızını ağır vəziyyətdə Ağsu rayon Xəstəxanasına gətirib.

Xəstəxanaya daxil olarkən koma vəziyyətində olan 11 yaşlı qız reanimasiyada saxlanılır. P. Səlimovanı komadan ayıltmaq hələlik mümkün olmayıb.

Dekabrın 30-da Göylər kəndində daha bir intihar hadisəsi baş verib. 1999-cu il təvəllüdlü İsmayılova Nuranə Aqil qızı özünü nənəsinin evində asıb. Yaxınlarının bildirdiyinə görə, məhz bu hadisə 11 yaşlı Pərvanəyə pis təsir edib. Ailə üzvlərinin və digərlərinin 14 yaşlı N. İsmayılovanın özünü asması barədə evdə, Pərvanənin yanında danışması azyaşlı qızda maraq doğurub. Bildirilir ki, P. Səlimova qonşuluqda yaşayan 14 yaşlı qızın intiharını təqlid etmək istəyərkən bu hadisə baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti