Yol polisini vurub qaçan sürücü həbs edildi

Yol polisini vurub qaçan sürücü həbs edildi
  06 Yanvar 2014    Oxunub:1048
Biləsuvar rayonunda idarə etdiyi avtomobillə polis əməkdaşını vuran şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 5-də saat 23:00 radələrində Biləsuvar şəhərinin ərazisində «Mercedes» markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün orada xidmətdə olan Rayon Polis Şöbəsi Dövlət Yol Patrul Bölməsinin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov «saxla» işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və «BMW» markalı xidməti avtomobili vuraraq hadisə yerindən qaçıb.

Görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi «Mercedes» markalı avtomobildə saxlanılıb. R.Ağaməmmədov xəstəxanaya yerləşdirilib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti