Sumqayıtda `polislər` hədə yolu ilə vətəndaşdan pul alıblar

  06 Yanvar 2014    Oxunub : 429
Sumqayıtda `polislər` hədə yolu ilə vətəndaşdan pul alıblar
Sumqayıt şəhərinin ərazisindəki parkda şəhər sakinləri Elçin Babayev və Nail Mehdiyev özlərini polis əməkdaşları kimi təqdim edərək həmyerliləri İlqar Ramazanovu polisə aparacaqları ilə hədələyib ondan 30 manat pul alıblar. Bu barədə AzVision.az DİN-in rəsmi saytına istinadən məlumat verib.

Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev və N.Mehdiyev tutulublar.

Teqlər: