Ölən qazinin xanımı prezidentdən kömək istədi –TAM MƏTN

  06 Yanvar 2014    Oxunub : 463
Ölən qazinin xanımı prezidentdən kömək istədi –TAM MƏTN
"Həyat yoldaşım kafedə Əsgərov Babək Bayram oğlu tərəfindən qətlə yetirilib".
Ötən ilin avqust ayında qətlə yetirilən Qarabağ qazisi Natiq Əşrəfovun xanımı İlhamə Hüseynova prezident İlham Əliyevə müraciət edib.

AzVision.az “Qafqazinfo”ya istinadən həmin müraciəti təqdim edir:

"Cənab Prezident!

Həyat yoldaşım Əşrəfov Natiq Cəmil oğlu Azərbaycan Respublikasının ərazi bütövliyi, müstəqilliyi və suverinliyi uğrunda gedən hərbi əməliyyatlar zamanı sağlamlığını gəncliyi itirmiş vətəndaşladandır. Belə ki, hərbi əməliyyatlar zamanı, döyüş tapşırığını yerinə yetirən zaman qrantamiyotdan açılan atəş zamanı, həyat yoldaşımın ayaqları ciddi şəkildə xəsarət almışdır. Belə ki, sol ayağının 1/3-i amputasiya olunmuşdu sağ ayağında isə bir neçə qəlpə almışdı və o qəlpələr onun ayağında qalmaqda idi. Sağ ayağının da daban sümükləri aldığı xəsarətlər nəticəsində götürülmüşdür. İlk əvvəl ona 1-ci qrup əlillik dərəcəsi təyin olunsada, müharibədən sonra ali məktəbə qəbul olundu. Ali məktəbi bitirdikdən sonra işlə təmin olunacağında 1-ci qrup əlilliyin mane olacağını ona hesab etdiyi üçün əlillik dərəcəsi 2-ci qrupla əvəz olundu. Ali məhtəbi bitirdikdən sonra ixtisasına uyğun işlə təmin oluna da bilmədi. Yeganə gəlir mənbəyi olan Qarabağ əlili olduğuna görə ona ödənilən müavinət və Prezident təqaüdü idi. Onunla da 2 uşağı və bir qoca ananı dolandırmaq çətin idi. İlk əvvəl VAZ-2107 markalı avtomabillə sərnişin daşıyaraq ailəsini dolandırırdı. Avtomabili 2009-cu ildə qəzaya düşdükdən sonra, bu ilin iyun ayından Allahverdi Quliyevin kafesində gözətçilik edirdi.

Həyat yoldaşım 14 avqust 2013-cü il tarixində Səbail rayon Badamdar qəsəbəsi Seyran Məmmədova küçəsi 8 üvanada yerləşən kafedə Əsgərov Babək Bayram oğlu tərəfindən qətlə yetirildi.

Belə ki, həyat yoldaşımın qətli ilə bağlı cinayət işini aparan Bakı şəhəri Səbail rayon Prokurorluğunun böyük müstəntiqi Allahyar Əliyev tərəfindən tərtib olunan ittiham aktı ilə tanış olduqdan sonra dəhşət məni bürüdü. Bu ittiham aktından daha çox həyat yoldaşı öldürən və iki balamı yetim qoyan Əsgərov Babəkin müsbət xarakteristikasını özündə ehtiva edən bir "inşadır".

İttiham aktından məlum olur ki, həmin kafedə ancaq mənin həyat yoldaşım, Əsgərov Babək və şahid İsazadə Cavid Əli oğlundan başqa heç kəs olmamışdır. Hansı ki, cinayət işində şahid kimi dindirilən İsazadə Cavid Əşrəfov Natiqin bacısının həyat yoldaşı Əşrəfov Qabillə ilə danışığı zamanı bildirmişdir ki, kafədə 2 nəfər həbsdən yeni çıxan müştəri gəlmişdir. Onlar kafeni "işlədən" Natiqə deyiblər ki, türmədən çıxan oğlanlara çay gətir. Bu zaman Babək yerindən atmaca ataraq onlara (2 nəfər keçmiş məhbusa) xitabən hələ bilmək olmaz siz necə yatmısınız. Buna etiraz olaraq Natiq Babəkə deyib ki, müştərilərlə elə danışma. Cavid sonra onu da qeyd etmişdir ki, Natiqi qətlə yetirildiyi bıçaqla kalpasa kəsmişik. Hansı ki, ittiham aktında ona aid izahatda qeyd olunur ki, Babək ani şəkildə şalvarın arxa cibindən cib bıçağını çıxarıb açaraq zarafatyana bıçağı yelləməyə başlamışdır. Bu vaxt o, Natiqin əli ilə boğazını tutduğunu qeyd edib.

Digər tərəfdən stolda onlardan, yəni üç nəfərdən başqa Şamil və Elvin adlı daha iki nəfərin oturduğu məlum olsada müstəntiq onların heç birisini dindirməmişdir. Mən özüm hadisə baş verdikdən sonra saat 8-də kafeyə gəldim və stolun üstündə 1 ədəd "rosiyiski" araq 5 ədəd rumka və qırıq pivə bakalı gördüm. Təəssüflər olsun ki, bunların heç biri ittiham aktında qey olunmamışdır. Belə ki, Natiqin yaxın tanışı olan Musayev Elmir bizimlə söhbəti zamanı bildirmişdir ki, həmin gecə kafenin yanından keçəndə Natiqin orda olduğunu gördüm və kafeyə yaxınlaşdım. Natiqin eyni masada Şamil, Cavid, Babək və adı Elvin kimi bilinən 4 nəfər oturmuşdu. Natiq onlara eyni masada oturmağına baxmayaraq, zərurət yarandıqda gələn müştərilərə də xidmət edirdi və özünü "qeyd" dəftərində müştərilərə verilən çayın və digər xidmətlərin adları və müştərilər tərəfindən ödənilən məbləğləri qeyd edirdi. Elmir həmçinin bizimlə söhbəti zamanı onu da qeyd etdi ki, orda olduğu zaman Babək Rafael adlı birisinin telefon nömrəsini orda oturanlardan istəyib və onu öldürəcəyini bildirirdi. Elmir həmçinin onu da bildirdi ki, Babəkin böyük qardaşı Natiqə zəng etdim və ona dedim ki, Babək "piyandır" gəlin onu aparın.

İttiaham aktını tərtib edən müstəntiqə dəfələrlə söylədim ki, cinayət işinin daha obyektiv araşdırılması üçün hadisə yerinin yaxınlığında yerləşən Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalının nəzarət kameralarına baxılması zəruridir. Təəəssüflər olsun ki, müstəntinq buna heç bir əhəmiyyət vermədi.

Bakı şəhər 1 saylı Kilinik Tibbi mərkəzin həkimi Adil Məmmədov mənimlə danışığı zamanı qeyd etmişdir ki, xəstə ağır travma ilə xəstəxanaya çatdırılmışdır və bütün üz arteriyaları kəsilib.

Məhkəmə Tibbi Ekspertizasının Səməd adlı həkimi mənə bildirmişdir ki, bıçaq 7 mm dərinliyə qədər kəsmişdir. Amma bıçağın bunun neçə mm-nə nüfüz etdiyini Məhkəmə Tibbi Ekspertizasının 30 sentyabr 2013-cü il tarixli 73 saylı rəyində qeyd olunmamışdır.

Zərərşəkmişin hüquqi varisi kimi aparılan ibtidai istintaqı obyektiv hesab etmirəm. Cinayət işi üçün əhəmiyyət kəsb edilən şahidlər dindirilməmişdir. Şahid kimi dindirilən İsazədə Cavidin verdiyi izahat cinayət baş verən yerinin halları ilə üst-üstə düşmür.

Həm şahidin həm də Əsgərovun Babəkin ibtidai istintaqa verdikləri izahatlarında qeyd olunur ki, zarafatlaşan zaman arxa cibindən çıxardığı bıçağı əlində oynadırmış, birdən Natiqin əli ilə boğazını tutduğunu görmüşdü. Babək soyuq silah hesab olunmayan zavod üsulu ilə hazırlanmış bıçağı əldə oynada-oynada, Natiq kimi xarici görkəm baxımdan "dolu" olan, bir adamın çənəsinin altına 1sm-ə yaxın nüfus etməsini, üz arteriyalarına doğranmasına səbəb olmasını, ittiham aktını tərtib edən böyük müstəntiqə "böyük məharətlə inandıra" bilmişdir. İttiham aktı ilə tanış olduqdan sonra mən də bir anlıq təsəvvür yarandı ki, övladlarımı yetim qoyan Babəkə niyə məhz CM-nin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan olunmadı? Çünkü ittiham aktının məzmunundan belə məlum olur ki Babək həyat yoldaşıma ehtiyatsızlıqdan xəsarət yetirmişdir.

Hal-hazırda məlum cinayət işi, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun icraatındadır.

Cənab prezident, yuxarıda qeyd olunan faktları nəzərə alaraq sizdən xahiş edirəm ki, QARABAĞ QAZİSİ Əşrəfov Natiq Cəmil oğlunun qətlə yetirilməsi ilə bağlı cinayət işini nəzarətinizdə saxlayasınız".

Teqlər: