Vüsal Kərimli sərnişinlərdən şikayətləndi

 Vüsal Kərimli sərnişinlərdən şikayətləndi
  04 May 2020    Oxunub:4169
Son günlər sərnişindaşımada sıxlıq müşahidə edilir. Tövsiyyə edirik ki, vətəndaşlar evlərini zərurət olmadığı halda tərk etməsinlər.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sərnişinlərin ictimai nəqliyyatdan yerli-yersiz istifadə etməsi sui-istifadə hallarının çox olduğunu göstərir.

“Məsələn, 6 apreldə 378 min sərnişin, bundan iki həftə sonra 537 min sərnişin, 27 aprel tarixində isə 736 min sərnişin daşınıb. Sərnişinlərin sayında artım olub. Sıxlıqlar müşahidə olunur və bu da xoşagəlməz hadisələrə gətirib çıxara bilər”.

V.Kərimli bildirib ki, bir həftə əvvəllə müqayisədə hazırda nəqliyyat axını arasında 10-12 faiz artım müşahidə edilir.

“Nəqliyyat vasitələrinin xaotik hərəkəti, postlara yaxınlaşmadan sənədlərin çıxarılmaması sıxlığa səbəb olur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA  





Xəbər lenti