“Əli Kərimli Ermənistan səfiri funksiyasını yerinə yetirir”

“Əli Kərimli Ermənistan səfiri funksiyasını yerinə yetirir”
  08 May 2020    Oxunub:2678
Bu gün Şuşanın Ermənistan tərəfindən işğalının 28-ci ili tamam olur. Şuşanın işğal edilməsində AXC-Müsavat cütlüyünün rolu az deyil.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Cavid Osmanov deyib.

Deputat bildirib ki, AXC-Müsavat cütlüyü xalqa xəyanət edərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dəstək veriblər: “Xəyanətkarların, satqınların toplaşdığı millli şura adlı qurum Ermənistanın səfirliyi, Əli Kərimli isə Ermənistanın səfiri funksiyasını yerinə yetirir. Mən hüquq-mühafizə orqanlarına çağırış edirəm ki, Azərbaycan xalqını hər gün təhqir edən insanlara, dövlətimizə, müstəqilliyimizə, xalqımıza xəyanət edənlərin əməllərinə hüquqi qiymət verilməsinin vaxtıdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti