190 manat ala bilməyənlərə nazirlikdən iş təklifi

190 manat ala bilməyənlərə nazirlikdən iş təklifi
  08 May 2020    Oxunub:5007
"190 manat birdəfəlik ödəniş üçün müraciət edib, imtina qərarı alan şəxslərlə fərdi qaydada işləyəcəyik".

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Onun sözlərinə görə, həmin şəxslərin məşğulluq imkanlarının araşdırılması və əmək bazarına qaytarılması üçün proqramlar hazırlanır:
“Bizim 50 minə yaxın ictimai ödənişli vakant iş yerləri mövcuddur və onları işə həqiqətən ehtiyacı olanlara təklif edəcəyik”.

A.Əliyev bildirib ki, 190 manat üçün müraciət edib, imtina qərarı alan bir çox şəxslərə ictimai işlər təklif olunsa da, onlar imtina edirlər:

“Demək, onun hər hansı gəliri var və buna əlavə gəlir kimi baxır. Ehtiyacı olan vətəndaş bu işi qəbul etməlidir. İctimai ödənişli işlərdən imtina edənlərin işsiz statusu ləğv edilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti