Neftin qiyməti bahalaşıb

Neftin qiyməti bahalaşıb
  12 May 2020    Oxunub:2576
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar artaraq 29,73 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,25 dollar bahalaşaraq 24,39 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,67 ABŞ dolları, yaxud 2,14% azalaraq 30,66 ABŞ dolları təşkil edib.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti