Zülal onkoloji xəstəlikləri inkişaf etdirir - MƏLUMAT
Nəticədə xərçəngin yayılma indekslərinin 50%-dən artıq göstəricisini 87 ölkədə siqaret çəkmə və heyvan məhsullarından istifadə indeksi ilə izah etmək mümkün olub. Xərçəngin yaranma səbəblərindən biri spirtli içkilərin qəbulu ilə əlaqələndirilib. Kişilər üçün siqaret çəkmə, qadınlar üçün isə rasion əsas faktor olub. Sonuncunun süd vəzisinin, yumurtalıqların xərçəngi, mədəaltı vəz, prostat və qalxanvari vəzin xərçəngi ilə sıx əlaqəli olduğu aydın olub.
meddaily.ru saytının məlumatına görə, heyvan məhsulları xərçəngin inkişafına səbəb ola bilər, belə ki, onlar bədənin toxumaları kimi şişlərin də inkişafını aktivləşdirir. Misal üçün, əvvəllər, yaponların rasionunun 10%-ni heyvan məhsulları təşkil edirdi. Hazırda isə bu göstərici 20%-dir. Buna görə də son 20-30 ildə xərçəngə yoluxma səviyyəsində artım müşahidə edilir.