Məktəbdə direktorun pulunu oğurladılar

Məktəbdə direktorun pulunu oğurladılar
  09 Yanvar 2014    Oxunub:1076
Gəncə şəhər 8 saylı orta məktəbin direktorunun 2790 manat pulu oğurlanıb.
Gəncə Şəhər Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, şəhərdəki 8 saylı orta məktəbin direktoru Quliyeva Lətifə Ağali qızı DİN-nin 102 xidmətinə zəng edərək bildirib ki, naməlum şəxs (şəxslər) onun xidməti otağına pəncərədən daxil olaraq 2790 manat dəyərində əmlakını gizli yolla oğurlayıb. Eyni zamanda məktəbə xeyli miqdarda maddi ziyan vurub.

Faktla bağlı Gəncə şəhəri Baş polis idarəsində araşdırma aparılır.

Mirvari


Teqlər:





Xəbər lenti