Parlamentin növbədənkənar xüsusi sessiyası keçiriləcək

  19 May 2020    Oxunub : 2735
 Parlamentin növbədənkənar xüsusi sessiyası keçiriləcək
Milli Məclisin növbədənkənar xüsusi sessiyasının keçirilməsi nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, xüsusi sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının keçirilməsi planlaşdırılır.

Komitə iclasında "2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və "2019-cu il dövlət büdcəsinin icrası barədə" hesabat müzakirə olunacaq.

Sessiya çərçivəsində plenar iclaslar da keçiriləcək. İclasların vaxtı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis