ASAN könüllüləri UNICEF-lə birgə sosial yardımları davam etdirir

  19 May 2020    Oxunub : 2642
ASAN könüllüləri UNICEF-lə birgə sosial yardımları davam etdirir
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və "ASAN Könüllüləri" Təşkilatının birgə əməkdaşlığı, Avropa İttifaqının maliyyə dəstəyi ilə icra olunan “Pandemiya dövründə həssas ailələrə dəstək” kampaniyası davam edir.
Azvision.az xəbər verir ki, kampaniya çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlar əsasında Bakı, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Xudat, Şabran, Xızı, Siyəzən, Masallı, Lənkəran, Neftçala, Astara, Lerik, YardımlıCəlilabadda yaşayan 500-ə yaxın valideyn himayəsindən məhrum olmuş uşağın, həmçinin əlilliyi olan şəxslərin ailələrinə qida yardımı, o cümlədən COVID-19 pandemiyasından qorunmaq üçün maarifləndirici materiallar təqdim olunub.





Azvision.az

Teqlər: ASANkönüllüləri