Bu da `iPhone 6`nın ilk FOTOSU

  09 Yanvar 2014    Oxunub : 503
Bu da `iPhone 6`nın ilk FOTOSU
Məşhur “Apple” şirkətinin satışa çıxarılması planlanan yeni “iPhon”un skeletinin şəkli ilk dəfə ortaya çıxdı.
Mövcud olan iPhoneları unudun. “Apple”ın bu il satışa təqdim edilməsi planlanan yeni “iPhon”unun skletinin fotosu ilk dəfə ortaya çıxdı. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, əyər bu foto gerçəkdirsə, deməli ilk dəfə olaraq ən geniş və ən nazik bir “iPhon”la qarşılaşacayıq. “Apple”a yaxınlığıyla tanınan texnologiya blogu 9to5Mac-da nəşr olunan bu fotoşəkil yeni “iPhone” haqqında yaxşı ipucları verir.

iPhone 5S-ə nəzərən çox daha incə bir dizayna sahib olduğu gözə dəyən yeni “iPhone”nun çox daha geniş bir ekrana sahib olduğu da diqqətdən qaçmır. Əgər bu fotoşəkil həqiqətən yeni “iPhone”a məxsusdursa ən geniş iPhone-la bu il qarşılaşacağıq deyilə bilər.
Saytda yer alan bir başqa təəccüblü məlumat isə yeni “iPhone”nun çıxış tarixi ilə əlaqədardır. Dünya iPhone 6-nı və ya iPhone Airin sentyabr ayında gözləyərkən, cihazın may ayında satışa təqdim edilmə ehtimalı var.

Teqlər: