Bakıda su olmayacaq

  10 Yanvar 2014    Oxunub : 658
Bakıda su olmayacaq
Bəzi rayonlara suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ziya Bünyadov prospektində yol qovşaqlarının tikintisi, 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa oyunlarına hazırlıq tədbirlərinə uyğun olaraq Ziya Bünyadov prospektindən keçən iridiametrli magistral su kəmərinin yerinin dəyişdirilməsi və yeni birləşmələrin verilməsi ilə əlaqədar 12 yanvar 2014-cü il saat 23:00-dan etibarən 36 saat müddətində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsinə, həmçinin Heydər Əliyev adına neft emalı və “Azərneftyağ” neft emalı zavodlarına suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatçılıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Teqlər: