Şəkidə iki avtomobil toqquşub

Şəkidə iki avtomobil toqquşub
  11 Yanvar 2014    Oxunub:1072
Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var.
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, yol qəzası saat 18:30-da Şəkinin Çexov küçəsi ilə Sülh küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəki sakini Vələdov İlhamın idarə etdiyi "90-KD-499" dövlət nömrə nişanlı KİA markalı avtomobillə Şəki sakini İbrahimov Mehman Kamil oğlunun idarə etdiyi "10-PR-756" dövlət nömrə nişanlı "Changan" markalı avtomobil toqquşub. Nəticədə "Changan"ın sürücüsü və onun anası - sərnişin İbrahimova Bəsti Hacı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xoşbəxtlikdən digər avtomobilin sürücüsü xəsarət almayıb. Zərbənin gücündən KİA yol kənarındakı evlərdən birinin divarına çırpılıb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.


Teqlər:





Xəbər lenti