1 ilin əsgəri intihar etdi

1 ilin əsgəri intihar etdi
  11 Yanvar 2014    Oxunub:1202
Azərbaycan Ordusu daha bir əsgərini itirib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Məzahir Mahir oğlu Abdullayev intihar edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi əsgərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib.

Qeyd edək ki, M.Abdullayev 2013-cü ilin yanvarında Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti