Nazirlik ayıya görə Şəkiyə mütəxəssislər göndərdi

  31 May 2020    Oxunub : 2189
Nazirlik ayıya görə Şəkiyə mütəxəssislər göndərdi
Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. Mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, bütün tədbirlər görülür ki, həm insanların təhlükəsizliyi qorunsun, həm də ayıya zərər gəlməsin: "Hələ də təhlükə olduğunu nəzərə alaraq bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyatlı olsunlar".

Azvision.az

Teqlər: Şəki   Nazirlik   Ayı