Samuxda 3 otaqlı evdə yanğın olub

  12 Yanvar 2014    Oxunub : 719
Samuxda 3 otaqlı evdə yanğın olub
Samux rayonunda yanğın hadisəsi qeydə alınıb. AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın rayonun Poylu kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin 1 otağında tüstü bacasının ətrafı 1 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Teqlər: