Sürücü maşını ağaca çırpdı: ölən və yaralananlar var

  12 Yanvar 2014    Oxunub : 485
Sürücü maşını ağaca çırpdı: ölən və yaralananlar var
20 yaşlı sürücü maşını ağaca çırpdı: ölən və yaralananlar var.
Ötən gecə Qaxda ölümlə nəticələnən yol qəzası baş verib. AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, Zaqatalanın Çobankol kəndindən olan qohumlar Şəkidən istirahətdən qayıdarkən qəzaya uğrayıblar.

Hadisə Şəki-Qax yolunun Qaxa giriş hissəsində qeydə alınıb. Zaqatala istiqamətində hərəkətdə olan 1994-cü il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi VAZ 21011 markalı avtomobili yol kənarındakı ağaca çırpıb.

Qəza zamanı avtomobildə 5 nəfər olub. Onlardan 1993-cü il təvəllüdlü Şəmsi Məmmədov Qax rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda dünyasıı dəyişib. Sürücü Rövşən Məmmədov, 1993-cü il təvəllüdlü Yəhya Qəribov, 1991- ci il təvəllüdlü Elmir Məmmədov, 1993-cü il təvəllüdlü Roman Məmmədov isə yüngül bədən xəsarətləri alıblar. Yaralılara lazımi tibbi yardım göstərilib.

Hadisəyə ilkin səbəb kimi yüksək sürət və sürücünün yola nabələd olması göstərilir.

Teqlər: