Sabah yağmursuz hava gözlənilir

Sabah yağmursuz hava gözlənilir
  12 Yanvar 2014    Oxunub:1128
Yanvarın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaqdır.

Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında əsasən yagmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı, zəif qar yağacağı gözlənilir.

Temperatur gecə 8-13° şaxta, bəzi yerlərdə 16° şaxta, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.

Temperatur gecə 5-10° şaxta, gündüz 1-6° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti təşkil edəcəkdir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı vardır.

Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı vardır.

Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 8-13° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaqdır.

Temperatur gecə 1-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti təşkil edəcəkdir.


Teqlər:





Xəbər lenti