Suriyada 14 yaşlı azərbaycanlı öldürüldü
Məlumata görə, Kərimovlar 2013-cü ilin yay aylarında ailəliklə Azərbaycanı tərk edib. Ölkəni tərk edərkən valideynlər 16 yaşlı İradə, 14 yaşlı Nəcəf, 10 yaşlı Sara və 5 yaşlı Fatiməni da özləri ilə aparıb.
Suriyada öldürülən 14 yaşlı Nəcəf Kərimov Namiq Kərimovun oğludur. Ailə Bakını tərk etəməzdən əvvəl Dərnəgül qəsəbəsi, Saratov küçəsində, daha sonra Sabuncu rayonunda yaşayıb.
Yeri gəlmişkən, Namiq Kərimovun “Allah yolunda döyüşlərdə” iştirak etmək üçün Suriyaya getdiyi deyilir. O, bu məqsədlə 14 yaşlı oğlunu da döyüşlərə aparıb.
O da qeyd edilir ki, vəfat edən Nəcəf Kərimovun atası Namiq Kərimovun əvəllər üç mağazası olub. Ancaq ailə tam olaraq vəhhabiliyi qəbul etdikdən sonra ailə başçısı mağazaları bağlayıb. O, deyib ki, bu cür fəaliyyətlə məşğul olmaq günahdır.
Məlumata görə, öldürülən Nəcəf Kərimovun anası Nigar Kərimova da vəhhabi təriqətini qəbul etdikdən sonra uşaqlarını təhsildən yayındırıb. Deyilənlərdən belə çıxır ki, Namiq Kərimov Nəcəf Kərimovu məcburi şəkildə Suriyaya döyüşlərə göndərib. Yanvarın 10-da həmin döyüşlərin birində 14 yaşlı yeniyetmə öldürülüb.