Aptekdən oğurluğa cəhd edənlər tutulub
Bu barədə AzVision.az-a Sumqayıt şəhər mühafizə polisi idarəsindən məlumat vermişlər. Məlumata görə, yanvarın 11-də saat 01.30 radələrində şəhərin 40-cı məhəlləsində yerləşən “Riyad-Farm” MMC-yə məxsus aptekin ərazisində şübhəli əşya qeydə alınarkən idarəetmə mərkəzinə həyəcan siqnalı ötürülüb. Dərhal həmin ünvana mühafizə polisi idarəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerinə baxış zamanı məlum olub ki, oğrular aptekin damından içəri daxil olublar.
Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan Ramin Bayramov və Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Hüseynov elə yerindəcə saxlanılmış və Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
Teqlər: