Türkiyədən daha 144 azərbaycanlı təxliyə edildi - FOTO

 Türkiyədən daha 144 azərbaycanlı təxliyə edildi -  FOTO
  05 İyun 2020    Oxunub:4944
5 iyun tarixində Azərbaycanın Milli aviadaşıyıcısı Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
AZAL-dan Azvision.az -a verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.



Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.



Azvision.az


Teqlər: AZAL   Ankara  





Xəbər lenti