Flora Kərimova: “Ölməmişəm, yaşayıram...”- YENİLƏNİB

Flora Kərimova: “Ölməmişəm, yaşayıram...”- YENİLƏNİB
  13 Yanvar 2014    Oxunub:5509
Azərbaycanın xalq artisti Flora Kərimova xəstəxanaya düşüb.
Bu barədə AzVision.az-a müğənninin köməkçisi məlumat verib. Bildirilib ki, Xalq artisti səhhətində yaranan problemlə bağlı hazırda həkim nəzarətindədir.

“Flora xanım xəstəxanadadır, bir az problemi var, hazırda həkim nəzarətindədir”-deyə qeyd edilib.

***

Bu xəbərdən sonra F.Kərimova özü bizimlə əlaqə saxlayaraq telefon zənginə cavab verən rəfiqəsinin saytımıza yalnış informasiya verdiyini deyib.

Qeyd edək ki, bir mövzu ilə bağlı F.Kərimova ilə əlaqə saxlamağa çalışsaq da telefona cavab verən müğəninin rəfiqəsi Xalq artistinin hazırda xəstəxanada həkim nəzarətində olduğunu bildirmişdi.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti