Futbol fanatları quranı yandırdılar – VİDEO

  13 Yanvar 2014    Oxunub : 500
Futbol fanatları quranı yandırdılar – VİDEO
Rusiya mətbuatı məsələni ört-basdır etməyə çalışır.

YouTube video səhifəsində “Futbol fanatları quranı yandırdılar” başlıqlı video-çarx yerləşdirilib. Videoda bir neçə yeniyetmə, müsəlmanların müqəddəs kitabı quranı təhqir edir, onu yandırır, daha sonra xarici görünüşünə görə asiyalıya bənzəyən bir nəfəri döyərək ondan “Allahı danmasını” tələb edirlər.

AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın paytaxtında quranın yandırılması və Moskva metrosunda Mərkəzi Asiyadan gəlmələri alçaltmaq ölkə xaricində də böyük rezonansa səbəb olub.

Rusiya KİV-ləri isə, milyonlarla müsəlmanın müqəddəs kitabını təhqir edərək yandıran bir qrup dələduzun bu hərəkətlərini bacardıqları qədər “yumşaltmağa” çalışırlar.



Səbinə Həsənova

Teqlər: