Koronavirusa yoluxanların sayı 7,8 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 7,8 milyonu keçdi
  14 İyun 2020    Oxunub:4442
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 7 milyon 801 min 786 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 429 min 965 nəfərdir.

İndiyədək 4 milyon 2947 nəfər xəstəlikdən sağalıb. Ən çox yoluxma (2,127,031) və ölüm faktı (117,039) ABŞ-da qeyd alınıb.

Xatırladaq ki, COVID-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti