ANS məhkəməyə hazırlaşır

  15 Yanvar 2014    Oxunub : 508
ANS məhkəməyə hazırlaşır
ANS Şirkətlər Qrupu telekanalın satılması və telekanalda aparılan ixtisarlar barədə məlumatlar verən mətbu orqanları məhkəməyə verəcək.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev Movqe.az-a bildirib ki, artıq dünəndən başlayaraq müxtəlif saytlarda ANS telekanalı barədə yalnış məlumatlar yer alır:

- Mən indi sizə bir söz deyəcəm. Bilmirəm bu sizin ağlınıza nə qədər batacaq. Amma biz bu fikrimizdə israrlıyıq. Və bununla bağlı artıq tapşırıq da verilib. Haqqımızda dünəndən başlayaraq həqiqətəuyğun olmayan, xəbəri dəqiqləşdirməmiş məlumat yayan xəbər saytlarını məhkəməyə verməyə hazırlaşırıq. Mən sizinlə danışmazdan az öncə bununla bağlı lazımi tapşırıqlar verdim. Bütün bu cəfəngiyyatlara isə cavabı məhkəmə başa çatdıqdan sonra verəcəm.

Teqlər: