18 dərəcə isti olacaq

18 dərəcə isti olacaq
  15 Yanvar 2014    Oxunub:1576
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur. AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki,mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-4, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti