Bakıda qardaş qardaşı qətlə yetirdi

Bakıda qardaş qardaşı qətlə yetirdi
  15 Yanvar 2014    Oxunub:1359
Bakıda qardaş qardaşı qətlə yetirib.
Nərimanov Rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə bu gün rayonun Ağa Nemətulla küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Zahir Əsəd oğlu Əsədov aralarında yaranan münaqişə zəminində qardaşı, 1961-ci il təvəllüdlü Vahid Əsədovun baş nahiyəsinə linglə vuraraq qətlə yetirib.

Hadisəni törədən Z. Əsədov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



Teqlər:  





Xəbər lenti