“Biz bu işdə iştirak etmirik” - TƏBİB-dən açıqlama

 “Biz bu işdə iştirak etmirik” -    TƏBİB-dən açıqlama
  25 İyun 2020    Oxunub:4335
Türkiyəyə uçuşlar zamanı sağlamlıq kağızlarının hansı laboratoriyadan alınması AZAL-ın saytında qeyd edilib. Bir daha deyirik ki, testlərin aparılması TƏBİB ilə əlaqəli deyil. Biz bu işdə iştirak etmirik.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Bu, AZAL şirkəti və laboratoriyalar tərəfindən tənzimlənir. Laboratoriyalar 4 ay prosesdə iştirak edən və dövlət tərəfindən seçilən laboratoriyalardır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   AZAL  





Xəbər lenti