COVID-19-a yoluxanların sayı 163 mindən çox artıb

   COVID-19-a yoluxanların sayı 163 mindən çox artıb
  01 İyul 2020    Oxunub:3468
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.
Azvision.az xəbər verir ki, hesabata əsasən, ötən sutka ərzində 163 min 865 nəfər yeni növ koronavirusa yoluxub, 3946 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 10 milyon 500 min, pandemiya qurbanlarının sayı isə 510 min 750 nəfərdən çoxdur.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti