Azərbaycanda Facebook istifadəçilərinin yaşı - STATİSTİKA

Azərbaycanda Facebook istifadəçilərinin yaşı - STATİSTİKA
  16 Yanvar 2014    Oxunub:1529
2014-cü ilin yanvar ayına olan məlumata görə, 2001-ci ildən bu yana ABŞ-da facebook istifadəçi olan 13-17 yaş arası yeniyetmələrin sayı 3 milyon nəfər azalıb. iStrategyLabs agentliyinin verdiyi məlumata görə, ABŞ-da Facebook-un yeniyetmə auditoriyasında 25,3% azalma var.

Eyni dövrdə yaşı 55+ olan insanların isə Facebook-dakı sayı 80,4% artıb.

Bəs Azərbaycanda vəziyyət necədir? “A-Vision” Media Konsaltinq Şirkətindən verilən məlumata görə, Azərbaycanda ümumi internet istifadəçilərinin sayı 6,5 milyon nəfərdir. Onların 18,97%-i, yəni 1.250.000 nəfər facebook-dan istifadə edir.



Azərbaycanda Facebook istifadəçilərinin 64%-i kişi, 36%-i qadındır. İstifadəçilərin əksəriyyəti - demək olar ki, yarısı 18-24 yaş arasında olanlardırlar: 48,3%. İkinci yerdə 25-34 yaş arasında olan qrup gəlir: 25,7%.
Qalan qrupların payını aşağıdakı diaqramda görmək olar:



AzVision.az


Teqlər:  





Xəbər lenti