Tank mərmisi aşkar edildi

Tank mərmisi aşkar edildi
  17 Yanvar 2014    Oxunub:1145
Tank mərmisi və tank əleyhinə minalar zərərsizləşdirilib.
Ağdam rayonunun Ergi düzündəki Pişikli dərə ərazisində tank əleyhinə 3 ədəd TM-57, 2 ədəd TM-62 markalı mina və 100 millimetrlik tank mərmisi aşkar edilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, ANAMA-nın rəhbərliyi altında ərazilərin mina və partlamayan hərbi sursatlardan təmizlənməsində iştirak edən “Dayaq” qeyri-hökumət humanitar yardım təşkilatı tərəfindən aparılan təmizləmə əməliyyatları zamanı aşkar olunan mərmi və minalar Mərkəzi Partlayış Ərazisində zərərsizləşdirilib.

Qeyd edək ki, indiyədək “Dayaq” təşkilatı tərəfindən Ağdam rayonunda 13 milyon kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 7 milyon 600 min kvadratmetr ərazi yoxlanılıb. Bu ərazilərdən 125 ədəd tank əleyhinə, 5 ədəd piyada əleyhinə mina, 231 ədəd partlamayan hərbi sursat tapılıb.
Ərazilərin mina və digər partlamamış hərbi sursatlardan təmizlənməsi davam etdirilir.


Teqlər:





Xəbər lenti