Zibil qablarının içindən bir batalyonluq silah çıxdı
Yanvarın 17-də paytaxt sakinlərindən biri Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Binəqədi rayonunun ərazisində, Şəmsi Rəhimov küçəsinin yaxınlığında yerləşən məişət tullantıları qutularının içərisində silah-sursatın olması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, daxil olan məlumatın dəqiqləşdirilməsi məqsədilə dərhal sözügedən ünvana gələn polis əməkdaşları tərəfindən məişət tullantıları qutularına baxış keçirilib, bu zaman xeyli adda odlu silah, o cümlədən 24 avtomat silahı, 103 ədəd əl qumbarası və alışdırıcısı, 1 qumbaraatan, 1 əl pulemyotu, 2 snayper tüfəngi, 1 “TOZ-8”, 1 ov tüfəngi, 39 mərmi, 36 avtomat darağı, 5 işıqlandırıcı raket, 4 tüstüverici şaşka, 31186 ədəd müxtəlif çaplı patron və digər hərbi sursat aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.