Tovuzun kəndi minaatanlardan atəşə tutuldu - Düşmənə ağır zərbələr endirilir

 Tovuzun kəndi minaatanlardan atəşə tutuldu -  Düşmənə ağır zərbələr endirilir
  13 İyul 2020    Oxunub:14560
Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.
Bu barədə Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Tovuz   Döyüş  





Xəbər lenti