Ər arvadını bıçaqladı

Ər arvadını bıçaqladı
  18 Yanvar 2014    Oxunub:1150
Suraxanı rayonunda ər arvadını bıçaqlayıb.
Suraxanı rayonunun ərazisində Bakı şəhər sakini Rəhman Süleymanov münaqişə zəminində arvadı Rəsmiyyə Talıbovaya bıçaqla xəsarət yetirib.

R.Süleymanov Suraxanı Rayon Polis İdarəsinin 31-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları isə yanvarın 16-da Telman Tağıyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Elmar Ələkbərovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti