Yevlax rayon sakinindən bir kiloqramdan çox tiryək götürüldü

Yevlax rayon sakinindən bir kiloqramdan çox tiryək götürüldü
  18 Yanvar 2014    Oxunub:1348
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Şakir Şadmanovdan bir kiloqram 34 qram tiryək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.


Teqlər:





Xəbər lenti